Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 saylı qərarına əsasən Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları təsdiq edilmişdir.

Qeyd edək ki, bu Qaydalar kredit təşkilatları və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatlarına şamil edilir. Kommersiya təşkilatları seçimlərindən asılı olaraq illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları Üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edə bilərlər. İllik maliyyə hesabatı isə aşağıdakı tərkibdə olmalıdır:

- Mühasibat balansı ;

- Mənfəət və zərər haqqında hesabat;

- Kapitalda dəyişikliklər haqqında hesabat;

- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

- Uçot siyasəti və izahlı qeydlər.

Qaydalara əsasən Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. 

Kommersiya təşkilalarrı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim etməlidirlər. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən Kommersiya təşkilatı həmin hesabatları tabe olduğu yuxarı təşkilata və təsisçiyə (təsisçilərə) təqdim edir.

Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinini müraciətini alan kommersiya təşkilatları maliyyə hesabatlarını aşağıdakı müddətlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər:

- Müraciət təşkilatlara hesabatın təqdim edilmə dövründən əvvəl daxil olmuşdursa, hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq, sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq;

- Müraciət   təşkilatlara hesabatın təqdim edilmə dövründən sonra daxil olmuşdursa, 30 gün müddətində.

Kommersiya təşkilatları tərəfindən maliyyə hesabatlarının və müvafiq sənədlərin təqdim olunması zamanı mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydaların pozulması halları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq cərimələr tətbiq edilir.