Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

Məsləhət xidmətləri

Hər hansı bir şirkət rəhbərliyi və idarəetmə heyəti şirkətin fəaliyyəti zamanı yaranan bütün suallara hər zaman müstəqil və düzgün cavab tapa bilmir. Peşəkar məsləhətlər rəhbərliyə istehsalın səmərəliliyini və xidmətlərin keyfiyyətini yüksəltməyə, biznes fəaliyyətini daha da genişləndirməyə, şirkəti yeni səviyyəyə gətirməyə, durğunluq və böhranla mübarizə aparmağa, biznesə yeni gözlə baxmağa və s. kömək edir.

Biz bizneslərinin optimallaşdırılmasında maraqlı olan müştərilərə onların fəaliyyətlərinin bütün mərhələlərində yüksək peşəkarlıqla məsləhət (konsaltinq) xidmətlərimizi təklif edirik. Məsləhət xidmətlərimiz müştərilərin biznes fəaliyyətlərinin təhlili, inkişaf perspektivlərinin əsası, fəaliyyət sahələri və bizneslərinin xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi innovasiyaların tətbiqindən ibarətdir. Bizim məsləhət yönümümüz kifayət qədər genişdir. Biz biznes fəaliyyətinin əksər sahələri üçün xidmətlər göstəririk və sizə kommersiya sirrini qorumaqla aşağıda sadalanan məsləhət xidmətlərimizi təklif edirik:

  • Müştərilərin maraqlarının dövlət, qeyri-dövlət və digər strukturlarda müdafiəsi və bu sahə ilə bağlı məsləhət
  • Mühasibat uçotu sahəsində məsləhət
  • Maliyyə hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına və Beynəlxalq Maliyyə Hesabatları standartlarına uyğun hazırlanmasına dair məsləhət
  • Maliyyə hesabatlarının Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun hazırlanmasına dair məsləhət
  • Vergi qanunvericiliyi ilə bağlı məsləhət
  • Əmək qanunvericiliyi ilə bağlı məsləhət
  • Mülki hüquqi qanunvericiliklə bağlı məsləhət
  • Kargüzarlıq işinin təşkilinə və aparılmasına dair məsləhət
  • Azərbaycan qanunvericiliyinə uyğun yeni şirkətlərin, filial və nümayəndəliklərin qeydiyyatının aparılması və bu sahədə məsləhət
  • Azərbaycan qanunvericiliyinə uyğun şirkətlərin, filial və nümayəndəliklərin ləğv olunması və bu sahədə məsləhət
  • “Kadr qaynaqları” işlərinin qurulması, aparılması və bu sahədə məsləhət
  • Əcnəbi əməkdaşlar üçün fərdi icazələrin alınması
  • Xüsusi rejimli şirkətlər üçün vergi tutma prosesinə dair məsləhət
  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və bu sahədə məsləhət
  • Vergi yoxlamaları zamanı yoxlamanı müşayiət etmək və s.