Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.vbc.az
E-poçt:
office@vbc.az

Bizim kollektivlə birbaşa əlaqə:
Aydın İslamlı (Menecer)
aydin.islamli@vbc.az

Kənd təsərrüfatı sahəsində ƏDV-dən azad olunan malların sayı artırıldı.

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”  12 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu təsdiqləndi.

 

Dəyişikliyə əsasən  kənd təsərrüfatı sahəsində əlavə dəyər vergisindən azad olunan malların sayı artırıldı. Bu dəyişikliklə, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsi aşağıdakı redaksiyada təsdiqləndi:

 

Dəyişiklikdən əvvəl.

164.1.34. bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı;

 

Dəyişiklikdən sonra.

164.1.34. bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı”;.