Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Diqqət!  2018-ci ilin IV rübündən məcburi dövlət sosial və işsizlik sığortası üzrə hesabatlar 01.01.2019 tarixdən Vergilər Nazirliyinə təqdim olunmalıdır.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanuna edilən dəyişikliklərə əsasən, Vergi Məcəlləsin müvafiq maddələri məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunacaq. Artıq növbəti ilin əvvəlindən etibarən 2018-ci ilin 4-cü rüb hesabatları və 2019-ci ildən başlayaraq rüblər üzrə sosial sığorta haqqı və işsizlikdən sığorta hesabatları vergi orqanlarına təqdim olunacaq. Hesabatların qəbulu ilə yanaşı yığım funksiyası Vergilər Nazirliyinə verilib. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də Vergilər Nazirliyi tərəfindən təmin olunacaq.  Bununla bağlı bütün təşkilat işlər o cümlədən sığortaedənlər üzrə şəxsi vərəqənin yaradılması kimi işlər başa catmaq üzrədir. Fərdi uçot bağlı fəaliyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

 

IV rüb 2018 MDSS və MDİS hesabatlar Vergilər Nazirliyi

(video təlimat)