Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

 

 Vergilər Nazirliyində kadr dəyişiklikləri aparılmışdır


  

Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyində aşağıdakı kadr dəyişiklikləri aparılmışdır.

- 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Bakı Vergilər Departamentinin rəisi vəzifəsindən Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi vəzifəsinə;

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlqar Əhmədov Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri vəzifəsindən Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə;

 - 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə Vergilər nazirinin müşaviri  vəzifəsindən Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini vəzifəsinə;

Baş vergi xidməti müşaviri İlkin Vəliyev Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi vəzifəsindən Bakı Vergilər Departamenti rəisinin müavini vəzifəsinə;

Baş vergi xidməti müşaviri Raqif Qurbanov Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini vəzifəsindən Bakı Vergilər Departamenti rəisinin müavini vəzifəsinə keçirilmişdir.

 

Mənbə: Azərbaycan Respublikasnın Vergilər Nazirliyinin rəsmi internet səhifəsi (www.taxes.gov.az)