Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

 

2014-cü il Yanvar ayı üzrə Dövlət Büdcəsinə daxil olmalar.

2014-cü ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 780 milyon 352,2 min manat vəsait daxil olmuşdur

2014-cü ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 780 milyon 352,2 min manat təşkil etmişdir. Bu məbləğin 48,9 faizi mənfəət vergisinin, 21,2 faizi əlavə dəyər vergisinin, 8,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,1 faizi aksizlərin, 12,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 330 milyon 880,1 min manat vəsait daxil olmuşdur  ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 milyon 626,8 min manat çoxdur.

Yanvar ayında respublika üzrə 8 min 622 vergi ödəyicisi qeydiyyata alınmışdır. 1 fevral 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 544 min 981 təşkil edir ki, bu da 1 fevral 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 11,4 faiz çoxdur.

2014-cü ilin yanvar ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,2 faiz təşkil etmişdir.

Mənbə:  taxes.gov.az saytı