Bizim təcrübəmizlə - Sizin etimadınızla !

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 339

Bakı şəhəri, 11 dekabr 2013-cü il

İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2013-cü ilin  28 və 29 dekabr istirahət günləri ilə 2014-cü ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilsin.

Mənbə:  http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1187/