Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

BÜDCƏ GƏLİRLƏRİ

 2013-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 milyard 245 milyon 438,8 min manat vəsait daxil olmuşdur

2013-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 245 milyon 438,8 min manattəşkil etmişdir. Bu məbləğin 37,9 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 12 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 409 milyon 293,5 min manat vəsait daxil olmuşdur.

Yanvar-noyabr aylarında respublika üzrə 66 min 162 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 min 221 (45,7 faiz) vergi ödəyicisi qeydiyyata alınmışdır. 1 dekabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 533 min 93 təşkil edir ki, bu da 1 dekabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 11,8 faiz çoxdur.

2013-cü ilin yanvar-noyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4 faiz təşkil etmişdir.