Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

 

  DÖVLƏT BÜDCƏSİ

          2013-cü ilin yanvar-iyul aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4 milyard 104 milyon 697,5 min manat vəsait daxil olmuşdur
2013-cü ilin yanvar-iyul aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 104 milyon 697,5 min manat təşkil etmişdir. Bu məbləğin 41 faizi mənfəət vergisinin, 23,1 faizi əlavə dəyər vergisinin, 11,6 faizi şəxslərin gəlir vergisinin, 7,3 faizi aksizlərin, 17 faizi isə digər vergilərin payına düşür.
         Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 143 milyon 913,7 min manat vəsait daxil olmuşdur.
Yanvar-iyul aylarında respublika üzrə 45 min 628 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 69 (63,7 faiz) vergi ödəyicisi qeydiyyata alınmışdır. 1 avqust 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 520 min 986 olmuşdur.
2013-cü ilin yanvar-iyul ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,7 faiz təşkil etmişdir.

Mənbə taxes.gov.az saytı