Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

İri vergi ödəyicilərinin yeni meyarları müəyyənləşib

Vergilər Məcəlləsinə edilən əlavələrə görə, şəxsin əvvəlki 3 ilin hər birində mülkiyyətində olan əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 2,5 mln. manatdan və əvvəlki 3 il üzrə orta illik dövriyyəsi (ƏDV-siz) 1,25 mln. manatdan çox olduqda o, iri vergi ödəyicisi sayılır. Bundan başqa, son 3 vergi ili ərzində Vergi Məcəlləsi ilə müəyyən edilmiş bütün vergi və digər ödənişlərin hesablanmış məbləğləri hər il üçün 500 min manatdan çox olan şəxslər də iri vergi ödəyiciləri sayılır. 

 Nəhayət, yerli qanunvericiliyə uyğun olaraq təbii inhisarçılara və ya bazarda hökmran mövqe tutan subyektlərə aid olan vergi ödəyiciləri, o cümlədən onların Azərbaycan Respublikasının rezidenti olan törəmə təsərrüfat cəmiyyətləri də iri vergi ödəyicisi sayılacaq.