Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

 Bir sıra qanun layihələri dəyişdirilir

 

   Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda bir sıra qanun layihələri, qanunlara əlavə və dəyişikliklər və Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı beynəlxalq sazişlər təsdiqləndi.

   Sənədlə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Komitə sədri dedi ki, Vergi Məcəlləsinin 131 maddəsinə dəyişikliklər edilməsi nəzərdə tutulub. Məcəllə qəbul olunanda mükəmməl idi. Lakin sonradan ölkə iqtisadiyyatında gedən inkişaf prosesləri bu sahədə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zərurətini yaratdı. İndiyədək bu sahədə edilən dəyişikliklər vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqinə, vergi mədəniyyətinin və inzibatçılığının möhkəmləndirilməsinə yaxşı imkan yaradıb. Bu dəyişikliklər də vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi sisteminin möhkəmləndirilməsi və bu sahəyə nəzarətin möhkəmləndirilməsi işinə xidmət edir. Dəyişikliklərdən biri vergi orqanları tərəfindən vergi borclarının məcburi alınması zamanı vergi ödəyicilərinin məhkəməyə müraciət imkanlarının genişləndirilməsi ilə bağlıdır. Ziyad Səmədzadə qeyd etdi ki, dəyişikliklər ümumilikdə vergi dərəcəsinin aşağı salınmasını özündə ehtiva edir. Bu dərəcələr 30 faizdən 25 dərəcəyə endirilir. Layihədə Azərbaycanda yaradılacaq sənaye parklarında sahibkarların torpaq, əmlak vergisindən azad edilməsi barədə maddələr nəzərdə tutulub. Təhsil haqqı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.