Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

Azərbaycan Respublikası Prezidentinin

2012-ci il 13 dekabr tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

1. Ümumi müddəa

 

Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 161-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 5 iyul tarixli 468 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi qaydalarını müəyyən edir. 

2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu maddəsində nəzərdə tutulmuş aktivlərin hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəməəssisələrinin birinin balansından digərinin balansına verilməsi

2.1. Bu Qaydaların 2-ci hissəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu maddəsində nəzərdə tutulmuş aktivlərin hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəməəssisələrinin birinin balansından digərinin balansına verilməsi prosedurunu müəyyən edir.

2.2. Özünün və onun tam mülkiyyətində olan rezident törəməəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq aktivlərin verilməsi barədə qərar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilərək fəaliyyət göstərən, idarəetmə yeri Azərbaycan Respublikasında olan, aktivlərin verilməsi səlahiyyəti onun Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Nizamnaməsində nəzərdə tutulan və 100% dövlətə məxsus hüquqi şəxs (bundan sonra-hüquqi şəxs) tərəfindən qəbul edilə bilər.

2.3. Aktivlərin əvəzsiz olaraq balansdan balansa verilməsi (alınması) təşəbbüsü həm bu Qaydaların 2.2-ci bəndində göstərilən hüquqi şəxs tərəfindən, həm də onun rezident törəməəssisələri tərəfindən irəli sürülə bilər.

2.4. Aktivlərin əvəzsiz olaraq balansdan balansa verilməsi (alınması) təşəbbüsü ilə çıxış edən rezident törəməəssisə bu Qaydaların 2.2-ci bəndində göstərilən təsisçi hüquqi şəxsə aktivlərin əvəzsiz olaraq balansdan balansa verilməsinin (alınmasının) zəruriliyini və məqsədəuyğunluğunu əsaslandıran məktubla müraciət etməlidir. Bu müraciətə 10 iş günü müddətində baxılaraq müvafiq qərar qəbul edilir.

2.5. Bu Qaydaların 2.2-ci bəndində göstərilən hüquqi şəxs aktivlərin əvəzsiz olaraq balansdan balansa verilməsi barədə qərar qəbul etməzdən əvvəl hər bir halda aktivləri verilən (alınan) törəməəssisələrinin bu məsələ ilə əlaqədar rəyini nəzərə almalıdır.

2.6. Bu Qaydaların 2.2-ci bəndində göstərilən hüquqi şəxsin qərarı ilə özünün və onun tam mülkiyyətində olan rezident törəməəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq aktivlərin verilməsi aşağıdakı hallarda qadağandır:

2.6.1. aktivlər aktivləri verilən törəməəssisənin təsərrüfat ehtiyaclarının ödənilməsi üçün zəruri olduqda;

2.6.2. bu aktivlərin istifadəsinin səmərəsi onları almaq üçün müraciət edən törəməəssisə tərəfindən əsaslandırılmadıqda;

2.6.3. həmin aktivlərin istifadəsi üçün daha səmərəli layihələr mövcud olduqda;

2.6.4. əsas vəsaitlər yararsız vəziyyətdə olduqda və ya onların qanunla müəyyən olunmuş qaydada silinməsi proseduruna başlanıldıqda;

2.6.5. qanuna əsasən həmin aktiv üzərinə tələb yönəldildikdə.

2.7. Bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq aktivlərin əvəzsiz olaraq balansdan balansa verilməsi barədə qərar qəbul edildiyi gündən bir ay müddətində qərarda göstərilən əmlakın təhvil-təslim aktı imzalanmalıdır. Qərarın icrasına nəzarət bu Qaydaların 2.2-ci bəndində göstərilən hüquqi şəxs tərəfindən təmin edilir.

2.8. Təhvil-təslim aktı imzalandıqdan sonra qərarın və aktın surətləri üç iş günü müddətində bu Qaydaların 2.2-ci bəndində göstərilən hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilir.

 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.10-cu maddəsində nəzərdə tutulmuş bir hüquqi şəxsin balansından digərinin balansına aktivlərin verilməsi

3.1. Bu Qaydaların 3-cü hissəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.10-cu maddəsində nəzərdə tutulmuş bir hüquqi şəxsin balansından digərinin balansına aktivlərin verilməsi prosedurunu müəyyən edir.

3.2. Bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulan qaydada yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təsis edilərək fəaliyyət göstərən, idarəetmə yeri Azərbaycan Respublikasında olan və 100% dövlətə məxsus rezident hüquqi şəxslərin əsas vəsaitləri balansdan balansa verilə bilər.

3.3. Əsas vəsaitlərin alınması barədə vəsatət qaldıran hüquqi şəxs vəsaitlərin sahibi olan hüquqi şəxsə vəsaitlərin alınmasının zəruriliyi və məqsədəuyğunluğu göstərilən arayışla birlikdə müraciət etməlidir. Həmin müraciətə daxil olduğu gündən on iş günü müddətində baxılaraq münasibət bildirilməlidir.

3.4. Əsas vəsaitlərin sahibi olan hüquqi şəxsin razılığı olduqda vəsatət qaldıran hüquqi şəxs razılığı aldığı gündən on iş günü müddətində aşağıdakı sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir:

3.4.1. müraciət məktubu;

3.4.2. əsas vəsaitlərin alınmasının zəruriliyini və məqsədəuyğunluğunu göstərən əsaslandırılmış arayış, o cümlədən maliyyə-iqtisadi əsaslandırma;

3.4.3. verilməsi nəzərdə tutulan əsas vəsaitlərin sahibi olan hüquqi şəxsin razılığı;

3.4.4. qəbul olunacaq qərarın layihəsi və layihəni hazırlamış şəxslərin siyahısı (iş yeri və vəzifəsi göstərilməklə);

3.5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 3.4-cü bəndində göstərilən sənədləri aldıqdan sonra onları müvafiq rəylərin alınması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına göndərir.

3.6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı təqdim edilmiş sənədlər üzrə rəyini on iş günü ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

3.7. Əsas vəsaitlərin əvəzsiz olaraq bir hüquqi şəxsin balansından digərinin balansına verilməsi barədə qərar maraqlı tərəflərin razılaşdırılmış təklifləri, həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin və müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının rəyləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

3.8. Aşağıdakı hallarda əsas vəsaitlərin əvəzsiz olaraq bir hüquqi şəxsin balansından digərinin balansına verilməsinə yol verilmir:

3.8.1. əsas vəsaitlər məxsus olduğu hüquqi şəxsin təsərrüfat ehtiyaclarının ödənilməsi üçün zəruri olduqda;

3.8.2. bu vəsaitlərin müraciət edən hüquqi şəxs tərəfindən istifadəsinin səmərəsi əsaslandırılmadıqda;

3.8.3. həmin vəsaitlərin istifadəsi üçün daha səmərəli layihələr mövcud olduqda;

3.8.4. əsas vəsaitlər yararsız vəziyyətdə olduqda və ya onların qanunla müəyyən olunmuş qaydada silinməsi proseduruna başlanıldıqda;

3.8.5. qanuna əsasən həmin vəsaitlər üzərinə tələb yönəldildikdə.

 4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 122.3-cü maddəsində nəzə

V&B Consulting Copyright © 2007-2013 © Bütün hüquqlar qorunur.  Powered by AlNaDe