Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

 

Azərbaycan Respublikasının 17 may 2011-ci il tarixli 117-IVQD nömrəli və 10  iyun 2011-ci il tarixli 161-IVQD nömrəli Qanunları ilə Vergi Məcəlləsinə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

1.90.3-cü maddədə:

1.1. mətn üzrə ismin müvafiq hallarında “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilmişdir;

1.2.ikinci abzasdan “hərracda” sözü çıxarılmışdır;

1.3. 90.3.24-cü maddədə “məhkəmə icraçlarının” sözləri “icra məmurlarının” sözləri ilə əvəz edilmişdir;

2.Aşağıdakı məzmunda 90.3.1-ci maddə əlavə edilmişdir:

“90.3.1. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satıla bilər.”.

3. 90.4-cü maddənin ikinci abzasından “hərracda” sözü çıxarılmış, həmin abzasda “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilmişdir.

4.Aşağıdakı məzmunda 106.1.9-106.1.11-ci maddələr əlavə edilmişdir:

“106.1.9. Müvafiq icra hakiniyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri;

106.1.10. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər hüquqi şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri;

106.1.11. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar;”;

5.Aşağıdakı məzmunda 122.3-cü maddə əlavə əlavə edilmişdir:

“122.3. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr  və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur.”;

6. 164.1.11-ci maddədə “Dövlət Neft Fonduna” sözlərindən sonra və ya Azərbaycan Respublikasını təmsil edən tərəfə” sözləri əlavə edilmişdir;

7. Aşağıdakı məzmunda 164.1.14-cü və 183.3-cü maddələr əlavə əlavə edilmişdir:

“164.1.14. Bu Məcəllənin 106.1.9-106.1.11-ci maddələri ilə müəyyən olunan aktivlərin dəyəri və onların  hər hansı şəkildə təqdim olunması  üzrə əməliyyatlar;

183.3. Aksizli malların istehsalçısı və sifarişçisi  qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir”.