Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 2011-ci il tarixli iclasında “Auditor xidməti haqqında” Qanuna edilmiş dəyişikliklər nəticəsində məcburi auditdən yayınma ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunaraq, digər hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarına da 1500 manatdan 2500 manatadək, vəzifəli şəxslərə isə 300 manatdan 600 manatadək cərimələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur. .

Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 96 saylı qərarı ilə “Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2007-ci il tarixli 155 nömrəli qərarına dəyişiklik edilərək, QHT-lər məcburi auditə cəlb olunan təsərrüfat subyektləri siyahısından çıxarılmışdır.

Bununla da QHT-lər məcburi auditə cəlb edilməyəcəklər.