Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

 

“V&B Konsaltinq” MMC nəzərinizə çatdırmaq istəyir ki, 1 may tarixindən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri fəaliyyətə başlamışdır. Vahid məlumat reyestrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanına uyğun olaraq həyata keçirilmişdir. 

Reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

Yoxlama funksiyalarına malik orqanlar keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

Reyestrdə qeydiyyata alınmış yoxlamalar barədə məlumat qeydiyyat aparıldığı gün Ədliyyə Nazirliyi tərəfindən internet şəbəkəsində yerləşdirilir. Sahibkarlıq fəaliyyəti subyektləri yalnız özləri ilə əlaqədar aparılmış yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilərlər. Bunun üçün ilk öncə www.yoxlama.gov.az internet ünvanına daxil olmaq və qeydiyyatdan keçməklə şifrə almaq lazımdır. Daha sonra isə əldə edilən şifrə vasitəsilə gözlənilən yoxlamalar barədə məlumatlar əldə etmək olar.

Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Sahibkarlıq subyekti isə məlumat bazasında olan məlumatlarla bildirişdə göstərilən məlumatların düzgünlüyünü aydınlaşdıra bilər.