Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

 "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 13 aprel 2011-ci il tarixli Sərəncam imzalamışdır.

Həmin qanuna əsasən İnzibati Xətalar Məcəlləsinə “Məcburi auditdən yayınma” adlı 247-3 nömrəli maddə əlavə edilmişdir. Bu maddə ilə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər 300 manatdan 600 manatadək miqdarda, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək miqdarda cərimə edilir. Xatırladırıq ki, müvafiq qanunvericiliyə uyğun olaraq məcburi auditin obyekti olan təsərrüfat subyektləri aşağıdakılardır:

 - Banklar;

 - Büdcədənkənar fondlar;

 - İctimai əhəmiyyətli qurumlar;

- Xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri;

- Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar tətbiq edən hüquqi şəxslər (holdinqlər);

 - Təbii inhisar fəaliyyəti subyektləri;

- Bank olmayan kredit təşkilatları;

- Sığorta (təkrar sığorta) təşkilatları;

- Maliyyə-sənaye qrupları;

- Fondlar;

- Səhmdar cəmiyyətlərdə və məhdud məsuliyyətli cəmiyyətlər:

- Bələdiyyələr və bələdiyyə müəssisələri;

 - Qeyri-hökumət təşkilatları.