Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

“V&B Konsaltinq” MMC nəzərinizə çatdırmaq istəyir ki, 11 may 2010-cu il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər işçilərini və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxsləri (sığorta olunanları) icbari sığorta etdirməlidirlər.

 Qanundan irəli gələn vəzifələrin həlli məqsədlilə Nazirlər Kabinetinin 192, 196 və 200 nömrəli qərarları və Maliyyə Nazirliyinin müvafiq aktları (icbari sığorta müqaviləsinin nümunəvi forması, sığorta məbləğinin müəyyənləşdirilməsi qaydaları, icbari sığorta ilə bağlı annuitet haqqının məbləğinin hesablanması qaydaları) qüvvəyə minmişdir.

 Qanuna əsasən sığorta olunanları sığorta etdirən şəxslər sığortaçını (sığorta şirkətlərini) seçmədə sərbəstdirlər. Lakin sığorta şirkətlərinin bu növ sığorta xidmətini həyata keçirmək üçün müvafiq lisenziya və icazələrə sahib olmaları mütləqdir.

 İşçilərini sığorta etdirən şəxslər ilk öncə sığorta təşkilatını seçməklə onlara ərizə ilə müraciət etməli və müqavilənin bağlanması məqsədilə sığorta olunanlar haqqında məlumatları (işçinin adı, soyadı, atasının adı, yaşı, vəzifəsi, aylıq əmək haqqı) və tələb edilən digər məlumatları təqdim etməlidirlər.

 İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır, sığorta tarifləri isə hər təqvim ili üçün müəyyən olunur. Növbəti təqvim ili üçün sığorta tarifləri cari ilin dekabr ayının 1-dək müəyyən olunmalıdır. Müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında müqavilə dayandırıla bilər.

 Sonda onu da qeyd etməliyik ki, icbari sığorta müqavilələrinin bağlanmamasına görə İnzibati Xətəlar Məcəlləsində fiziki və hüquqi şəxslər üçün cərimələr nəzərdə tutulmuşdur.