Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

Rəhbərlikdən

Bizim şirkətimiz sahibkarlıq subyektlərinə yüksək səviyyəli xidmətlər göstərərək onların uğur qazanmağında pay sahibi olmaq məqsədilə yaradılmışdır.

Şirkətimiz həmişə öz müştərilərini onların biznes fəaliyyətində ehtiyac duyduğu mühasibat, audit, qiymətləndirmə sahəsindəki xidmətlərlə və qiymətli məsləhətlərlə təmin etməyə hazırdır. Belə ki, peşəkar kadrlardan təşkil edilən heyətimiz uzunmüddətli uğurlu biznes üçün gərəkli olan bu cür kompleks xidmət həllərini və ideyaları inkişaf etdirir.

Biz öz müştərilərimizə çox önəm verir və onlarla sahibkar kimi davranırıq, məhz buna görə də onlar bizim xidmətlərin daha da hərtərəfli və geniş olmağının tərəfdarıdırlar.

 Şirkətimiz müştərilərlə uzunmüddətli əlaqələr yaratmaq üçün onlara yaxşı dəyərləri və öhdəlikləri aşılamaqla, onları bu sahədə ən yaxşı xidmətlərlə təmin edir. Biz bunu yaxşı treninq keçmiş heyət, mükəmməl xidmətlər və müştərilərin bizimlə istənilən vaxt əlaqə saxlamalarını təmin etməklə əldə edə bilirik.

Biz sizinlə əməkdaşlıq əsnasında iş təcrübəmizi paylaşmağa hər zaman hazırıq.

Bizim üstünlüklərimiz

     xidmətlərin sadə prinsipləridir

Müştərilərin biznesinin böyüklüyündən asılı olmayaraq biz fəaliyyətimizin nəticəsinin ən yüksək səviyyədə olmasının gərəkliyini dərk edirik. Onu da vurğulamağa ehtiyac qalmır ki, bizim bunu  etmək üçün hər bir imkanımız var.

Bizim komandanın bir yerdə qərar verməsi işin məhsuldarlığının və keyfiyyətinin artmasına və bununla da müştərilərin öz vəsaitlərinə külli miqdarda qənaət etməsinə səbəb olur.

Biz zamanı doğru dəyərləndirir, müştəriyə doğru zamanda doğru tərzdə yanaşırıq.

Biz hadisə və prosseslərə elmi və real nöqteyi-nəzərdən yanaşırıq.

Biz inkişaf edən uğurlu şirkət sahibiyik və bütün müştərilərimizə zəmanət veririk.

Biz yalnız ən keyfiyyətli xidmətləri göstəririk, əgər siz hər hansı bir problemlə qarşılaşsanız bizim dəstəyimizə arxalana bilərsiniz, sizin hər zaman suallarınızı cavablandırmağa hazırıq.