Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

Mühasibat xidmətləri

Rəqabətin artması şəraitində biznesin uğurlu inkişafı sahibkarlıq mühitində hər bir dəyişikliklərə daha çevik və düzgün reaksiya verməyi tələb edir. Bunlara nail olmaq işçi heyətinin mütəmadi olaraq hazırlıq keçməsi, onların ixtisasının artırılması, treninqlərdə iştirakı və attestasiyalardan keçirilməsi ilə mümkündür. Bütün bunların həyata keçirilməsi, çəkilən xərclər və əməyin nəticələri ilə bağlı risklər təşkilat rəhbərinin üzərinə düşən məsuliyyətdir. Məhz biznesin uğurlu inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərə olan tələbat və xərclərə qənaət etmək səyləri autsorsinq xidmətlərini meydana gətirmişdir. Belə xidmətlər hal-hazırda dünya təcrübəsində daha geniş yayılmaqdadır.

Bizim şirkətimiz ixtisaslaşdırılmış məsləhət şirkəti olaraq zəngin təcrübələrini bölüşmək üçün öz müştərilərinə yüksək peşəkarlıq və tam məxfilik əsasında autsorsinq şəklində mühasibat xidmətlərini təklif edir. Müştərilərimiz əsas diqqətlərini şəxsi bizneslərinin inkişafına yönəldərək ixtisaslaşdırılmış kənar təşkilat olaraq bizim xidmətlərimizdən istifadə etməklə idarəetmə və maliyyə xərclərinə maksimum qənaət etmək imkanı əldə etmiş olurlar. Belə ki, müştərilərimiz bizi seçməklə ayrıca ofis, avadanlıq və işiçilərin saxlanılmasına vəsait sərf etmir, qeyri-peşəkar işçi heyətinin ümumilikdə biznes fəaliyyətinə vura biləcəyi zərərdən uzaq olur, bərpası çətin olan, bəzən də mümkün olmayan təmiz adın və reputasiyanın itirilməsinə şərait yaratmırlar.

Biz sizə autsorsinq şəklində və kommersiya sirrini qorumaqla aşağıda sadalanan mühasibat xidmətlərimizi təklif edirik:

  • Mühasibat uçotunun qurulması, bərpası və aparılması
  • Maliyyə hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanması
  • Maliyyə hesabatlarının Qeyri-hökumət  Təşkilatları ücün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanması
  • Vergilər Departamentinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Məşğulluq Mərkəzinə və digər dövlət idarələrinə təqdim etmək üçün aylıq, rüblük və illik hesabatların hazırlanması və onların təqdim edilməsi
  • Mühasibat uçotunun 1C 8.1 proqram paketinin (azəri, rus və ingilis dilli interfeyslə qanunvericiliyə tam uyğunlaşdırılmış yeni konfiqurasiyalı variantda) quraşdırılması və proqramla işləmənin ətraflı öyrədilməsi
  • Uçot siyasətinin işlənib hazırlanması
  • Əmək haqqı və əmək haqqı üzrə icbari ödənişlərin hesablanması
  • Debitor və kreditorlarla üzləşmə aktlarının tərtibi
  • Kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması və s