Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

Qısa məlumat

“V&B Konsaltinq” MMC 25 iyun 2007-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və həmin ilin 19 iyul tarixində dövlət qeydiyyatına alınmışdır. Bu tarixdən etibarən şirkət fəaliyyətə başlamış və yüksək keyfiyyətli xidmətləri müqabilində qısa zaman kəsiyində böyük nəticələr əldə edərək aparıcı mühasibat və konsaltinq şirkətinə çevrilmişdir.

 Şirkətin əsasını qoyanlar əsas etibarı ilə bu sektorda uzunmüddətli iş təcrübəsinə malik, bu sahədə özlərinin yenilikçi ideyalarının həyata keçirilməsini qarşılarına məqsəd qoyan insanlardır.

Bizim missiyamız qanunun aliliyini əldə rəhbər tutaraq şirkətin müştərilərinə yüksək səviyyəli xidmətlər göstərərək onların uğur qazanmağında pay sahibi olmaqdır.

Məqsədimiz müştərilərin biznes fəaliyyətinin uğurlu təşkilinə və fəaliyyətinin uğurlu davamına imkan verən yüksək keyfiyyətli mühasibat uçotu, audit, vergi, konsaltinq və qiymətləndirmə sahəsində bütün növ xidmətlərin göstərilməsi və onların hüquq və maraqlarının dövlət, qeyri-dövlət və digər strukturlarda müdafiəsidir.

Xidmət göstərdiyimiz müştərilərə onların uçot və siyasətlərinin qanunvericiliyə uyğun qurulmasını və qanunvericiliyin tələblərini ətraflı izah edir, müştəriyə dəyə biləcək zərər barədə məlumat verir, var gücümüzü mənfi halların qarşısını almağa yönəldirik.

 Şirkətimiz fəaliyyəti dövründə bir sıra yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq etmişdir. Şirkətimizin etibarlılığı və işçilərinin yüksək peşəkarlığı bir sıra nüfuzlu sifarişçiləri cəlb etməyə imkan vermişdir ki, onlardan da əksəriyyəti daimi müştərilərə çevrilmişdir.